İranın daha bir naziri Ermənistana gəldi

27-02-2023, 09:49           
İranın daha bir naziri Ermənistana gəldi
İranın əmək və sosial təminat naziri Seyid Sultan Mirtəzavinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfərə gedib.

Axar.az xəbər verir ki, səfərin Ermənistan əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın dəvəti ilə bağ tutduğu bildirilib.

Səfərin məqsədi əmək və sosial müdafiə sahəsində, o cümlədən əmək resurslarının mübadiləsi, birgə tədris mərkəzlərinin yaradılması, uşaq məsələləri və s. istiqamətlərdə ikitərəfli əməkdaşlığı gücləndirməkdir.

27-28 fevral tarixində İran nümayəndə heyəti Ermənistan hökumət üzvləri ilə bir sıra görüşlər keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru