"Almaniyadakı hazırkı nəsil Hitlerə görə məsuliyyət daşımamalıdır" - Putin

15-02-2024, 08:09           
"Almaniyadakı hazırkı nəsil Hitlerə görə məsuliyyət daşımamalıdır" - Putin
Rusiya Prezidenti Vladimir Putin nasist Almaniyasının hərəkətlərinə görə bütün məsuliyyəti müasir dövrdəki Almaniya xalqının üzərinə qoymağı düzgün hesab etmir.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı jurnalist Pavel Zarubinə Kremlin teleqram kanalında yayımlanan müsahibəsində bildirib.

“Düşünmürəm ki, Almaniyadakı hazırkı nəsil nasist Almaniyasının etdiyi hər şeyə görə tam siyasi məsuliyyət daşımalıdır”, – Putin Almaniyanın xarici işlər naziri Annalena Berbokun babasının nasist olmasına dair məlumatları şərh edərkən deyib.

“Biz Hitler və onun əlaltılarının nəinki Almaniyada, həm də dünyanın digər yerlərində, Avropada və sairdə etdiklərinə görə indiki nəslin insanlarının üzərinə məsuliyyət qoya bilmərik. Hesab edirəm ki, bu ədalətsizlik olardı”, – o vurğulayıb.

Siyasətçinin fikrincə, “damğanı bütün alman xalqına vurmaq düzgün deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru