Ramil Usubovun Tbilisi səfərinin pərdəarxası – Təhlükəsizlik Şurasının katibi gürcü rəsmilərindən nə istəyib?

13-03-2024, 19:03           
Ramil Usubovun Tbilisi səfərinin pərdəarxası –
“Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqəli olsa da, rəsmi Bakının Tbilisinin siyasətiylə bağlı bir neçə suala cavab axtarışı ilə də bağlıdır.”.

Bunu politoloq Elxan Şahinoğlu deyir. Politoloq daha sonra deyir:
"Gürcüstan Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı bir müddət əvvəl Ermənistanla strateji tərəfdaşlıq barədə saziş imzalayıb. Bu Gürcüstanın hüququdur, qonşu dövlətlərlə sıx əlaqələrə malik olmaq istəyir. Buna baxmayaraq, Gürcüstanın Ermənistanla strateji tərəfdaşlığın mahiyyətini öyrənməyə ehtiyac var. Misal üçün erməni rəsmilər Gürcüstanla hərbi-texniki əlaqələrin inkişafı vacibliyi barədə açıqlamalar səsləndiriblər. Bu nə deməkdir? Axı Gürcüstan hərbi sahədə NATO ilə əməkdaşlığa, o cümlədən Azərbaycan və Türkiyə ilə üçlü ittifaq çərçivəsində əlaqələrə üstünlük verir. Doğrudur, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır və bu hardasa Gürcüstanın da maraqlarına cavab verir. Ancaq bu hələ baş verməyib və Gürcüstan ərazilərini işğal edən Rusiyanın Ermənistanda hərbi baza varlığını davam etdirir.
Azərbaycan cəmiyyətində müzakirə edilən digər sual rəsmi Tbilisinin Fransanın növbəti hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaradıb-yaratmayacağıyla bağlıdır. Tbilisi bu dəfə də Fransa hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaratsa, bu Azərbaycan cəmiyyətində yeni suallar yaradacaq. Bu səbəbdən Ramil Usubovun Gürcüstana səfəri və Tbilisidə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır."
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.