Moskvadan İrəvana "Zvartnots" xəbərdarlığı

14-03-2024, 08:44           
Moskvadan İrəvana "Zvartnots" xəbərdarlığı
"Rusiya sərhədçilərinin "Zvartnots"dan çıxarılmasının Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına cavab verməsi ehtimalı azdır".
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxrova deyib.
O qeyd edib ki, bütün qərarlar idarələrarası araşdırmanın nəticələrinə əsasən veriləcək.
"Bildiriş departament xətti ilə göndərilib, Moskva diplomatik kanallarla heç nə almayıb", - deyə Zaxarova Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması ilə bağlı Ermənistanın müraciəti ilə bağlı danışarkən qeyd edib.
“Bu açıqlama rəsmi İrəvanın bir sıra qeyri-dost bəyanatları fonunda verilib. Çətin ki, bu təşəbbüs, xüsusən də Rusiya sərhədçilərinin uzun illər ərzində səmərəli işlədiyini nəzərə alsaq, Ermənistanın və onun vətəndaşlarının təhlükəsizliyinə cavab versin, ”, - deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru