Makrondan Putini qəzəbləndirən addım: Fransa Ukraynaya ordu göndərir

15-03-2024, 09:34           
Makrondan Putini qəzəbləndirən addım: Fransa Ukraynaya ordu göndərir
Fransa hakimiyyəti ən azı 2023-cü ilin yayından Ukraynaya qoşun göndərmək barədə düşünür.
Bakupost.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.
Nəşr qeyd edir ki, ölkə prezidenti Emmanuel Makronun fevralın sonunda Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı bəyanatı Avropada çoxlarını şoka salsa da, yüksək səviyyəli fransız məmurları bunu normal qarşılayıb.
Jurnalistlər bildirib ki, bu ehtimal ötən il iyunun əvvəlində ən ciddi məxfilik şəraitində müzakirə edilib. Həmçinin iyunun 12-də Fransa Müdafiə Şurasının iclasında bu məsələ qaldırılıb.
Qəzet yazır ki, bu cür söhbətlərin əsas səbəbi “Ukrayna qoşunlarının zəifliyinin Parisdə narahatlığa səbəb olmasıdır". İddia olunur ki, hələ yayda Yelisey sarayı gizli şəkildə Kiyevdə “işlərin yaxşı getmədiyini” etiraf edib. Mənbələr bildirirlər ki, o vaxt Makron artıq Ukraynada müharibəni bitirmək üçün “diplomatik yol” ideyasından uzaqlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.