Musəvi Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum barədə danışdı (VİDEO)

15-03-2024, 11:28           
Musəvi Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum barədə danışdı (VİDEO)
Baku TV-də yayımlanan "Rəsmilər” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi olub.

Diplomat iki ölkə arasındakı əlaqələri qiymətləndirib.

O bildirib ki, Azərbaycanla İran arasında münasibətlərin uzun tarixə malik olması ilə yanaşı, ölkələr arasında mədəni, iqtisadi bağlılıq da mövcuddur:

"Biz müxtəlif dövrlərdə uzun illər bir yerdə yaşamış və çox yaxşı əlaqələri olan qonşularıq. İki ölkə arasında süni şəkildə yaradılan anlaşılmazlıqlar olub. Buna baxmayaraq, həm Azərbaycanın, həm də İranın müdrik siyasəti ilə bu mərhələləri keçməyə çalışdıq. İnşallah, çox yaxın gələcəkdə iki ölkə münasibətlərində yeni səhifə açmaq niyyətindəyik”.

Səfir proqramda keçən ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum barədə də danışıb, İran polisinin hücum anında niyə dərhal reaksiya verməməsinə aydınlıq gətirib.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.