Blinken: Bakı ilə İrəvan arasında sülh sazişi mümkün görünür

2-07-2024, 09:58           
Blinken: Bakı ilə İrəvan arasında sülh sazişi mümkün görünür
Vaşinqton administrasiyası hesab edir ki, indi Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkan var.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.

"Ölkələr arasında sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var ki, bu da onilliklər davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, iqtisadi əlaqələr, iqtisadi artım, şərq ölkələri arasında əlaqələrin qurulması və regionda böyük imkanlar yaradacaq", - deyə Amerikanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

"Biz bunu diplomatiya yolu ilə fəal surətdə davam etdirmişik, Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışırıq", - Blinken bildirib.

"Mən hesab edirəm ki, sülh həqiqətən də, indi mümkündür, mən bunu təxminən bir həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam və hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına tam cavab verir", - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru