,Rusiya güc strukturları Həbib Nurməhəmmədovu və ətrafını hədəf seçiblər.

2-07-2024, 18:58           
,Rusiya güc strukturları Həbib Nurməhəmmədovu və ətrafını hədəf seçiblər.
Rusiya güc strukturları UFC çempionu olmuş dağıstanlı Həbib Nurməhəmmədovun bir sıra obyektlərini bağlayıb, atasının yaratdığı güləş məktəbində "əməliyyat-axtarış tədbirləri" keçiriblər. Deyirlər ki, guya 297 milyon rubl vergi borcu var. Əslində isə bəhanələri odur ki, Dağıstandakı terror aktlarından birində iştirak etmiş Kaqirov qısa müddət Nurməhəmmədov məktəblərindən birində məşq edib. Onun orada məşq etməsi faktını Həbib Nurməhəmmədov özü də etiraf edib. Dağıstanda az qala hamı güləş və əlbəyaxa döyüş növləri ilə məşğul olur, deməli hansısa məktəbə gedir, bu o anlama gəlmir ki, həmin məktəb terror mərkəzidir, belə iddia üçün tutarlı əsas olmalıdır. Yəqin ki, Rusiya güc strukturları Həbib Nurməhəmmədovu və ətrafını hədəf seçiblər.
Fuad Arif Oğlu Ağayev
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.