Zelenskinin ofisi: Ukrayna Orbanın atəşkəs təklifini qəbul etməyib

3-07-2024, 10:24           
Zelenskinin ofisi: Ukrayna Orbanın atəşkəs təklifini qəbul etməyib
Kiyev Macarıstanın Baş naziri Viktor Orbanın atəşkəslə bağlı təklifini dinləyib, lakin hesab edir ki, bu cür təşəbbüslər nizamlamanın digər aspektlərindən ayrı nəzərdən keçirilməməlidir.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva Ukrayna telemarafonunun efirində deyib.

“Orban öz fikrini bildirdi. Bu, belə mümkün ssenarilərdən danışan ilk ölkə deyil. Prezident Zelenski həmsöhbətini dinləsə də, cavabında öz mövqeyini bildirdi. Ukraynanın mövqeyi kifayət qədər aydın, anlaşılan və hamıya məlumdur. Fakt budur ki, bu cür prosesləri ayrı-ayrılıqda nəzərdən keçirmək olmaz”, - Jovkva bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru