KİV: "Rusiya ordusunun 5000 nəfərədək şəxsi heyəti Ukraynadan çıxarılıb"

18-08-2024, 10:54           
KİV: "Rusiya ordusunun 5000 nəfərədək şəxsi heyəti Ukraynadan çıxarılıb"
Ukraynadakı hərbi əməliyyatların Rusiya ərazisinə sıçraması səbəbindən qarşı tərəfin silahlı qüvvələrinin 5000 nəfərdək şəxsi heyəti Ukrayna ərazisindən çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusunun Rusiya ərazisində ABŞ istehsalı olan “Bradley” və “Stryker” markalı zirehli hərbi texnikadan istifadə edir. Buna səbəb kimi göstərilir ki, Ukraynanın cənub və şərq hissələrində minalanmış sahələrin çoxluğu və qarşı tərəfin PUA-lardan yararlanması səbəbindən sözü gedən texnikanı həmin ərazilərə yönəltmək mümkünsüzdür.

Qeyd edək ki, ABŞ Rusiya ərazisindəki hədəflərlə bağlı kəşfiyyat məlumatlarını məqsədli şəkildə Ukrayna tərəfinə ötürmür. Bununla rəsmi Vaşinqton Ukraynanın Rusiyaya hücumunun təşkilatçısı olmaq istəmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru