Harris sorğularda Trampı qabaqlayır

19-08-2024, 10:04           
Harris sorğularda Trampı qabaqlayır
Ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ vitse-prezidenti Kamala Harris, Demokratlar Partiyasının qurultayı ərəfəsində keçirilən sorğularda Respublikaçı rəqibi Donald Trampı 5% qabaqlayır.

Bunu "ABC" televiziya şirkəti, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, ABŞ vətəndaşlarının 50%-i Harrisi, 45%-i isə Trampı dəstəkləyir. Noyabr ayında keçiriləcək səsvermədə iştirak etməyi planlaşdıran və artıq qeydiyyatdan keçmiş amerikalı seçicilər arasında keçirilən sorğunun nəticələri də bunu göstərir: Harris Trampı 4% qabaqlayıb.

Sorğu avqustun 9-dan avqustun 13-dək aparılıb. Burada ölkə üzrə 2.3 mindən çox insan iştirak edib.

Qeyd edık ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru