“Mən Harrisdən daha gözələm” - Tramp

19-08-2024, 11:54           
“Mən Harrisdən daha gözələm” - Tramp
ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxış edərkən seçki yarışında rəqibi Kamala Harrisin görünüşündən danışıb.

Bu barədə CNN məlumat yayıb.

Nəşr yazır ki, Tramp bəzilərinin ABŞ-nin vitse-prezidentinin, seçkilərdəki rəqibinin üstünlüyünün onun gözəlliyi olması fikri ilə razılaşmayıb.

“Deyirlər, onun ən böyük üstünlüyü gözəl qadın olmasıdır. Mən ondan çox daha gözələm”, - Tramp deyib.

Tramp həmçinin Harris haqqında heç kimin belə bir söz deyəcəyinə inanmadığını da bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru