Mask Kadırovun yalanını ÜZƏ ÇIXARDI: "Sən o qədər axmaqsan ki..."
19-08-2024, 09:37

Amerikalı iş adamı İlon Mask "Tesla" "Cybertruck" elektrik avtomobilini Çeçenistan rəhbəri Ramzan Kadırova verməsi ilə bağlı məlumatı təkzib edib.
Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Avqustun 17-də Kadırov bu elektromobili Maskdan aldığını və artıq sınaqdan keçirdiyini açıqlayıb. O, həmçinin avtomobilin xüsusi hərbi əməliyyatda (SVO) iştirak edən əsgərlərə veriləcəyini bildirib və Maskı Qroznıya səfərə dəvət edib.
Sahibkar sosial şəbəkə istifadəçilərindən birinin "Musk elektrik pikapını ABŞ-ın düşməninə təhvil verib" şərhinə münasibət bildirib:
“Sən o qədər axmaqsan ki, mənim verdiyimi düşünürsən. Rus generalına Cybertruck? Bu, ənənəvi medianın necə yalan danışdığının başqa bir nümunəsidir".
Kadırovun "Cybertruck"u İlon Maskdan aldığını bildirməklə yanaşı, o, Çeçenistanda elektrik avtomobilinə guya ağır pulemyot quraşdırıldığını da əlavə edib. Kadırov maşını Qroznı ətrafında sürdüyünü və ona "sözün həqiqi mənasında aşiq olduğunu" etiraf edib. Çeçenistan rəhbəri həmçinin "Tesla" şirkətinin baş direktoruna və "SpaceX"in yaradıcısına “səmimi minnətdarlığını” bildirib və onu “zəmanəmizin ən güclü dahisi və mütəxəssisi” adlandırıb.
"Tesla" da "Cybertruck"un Rusiya regionunun rəhbərinə təhvil verilməsini təsdiqləməyib.