Bu, Rusiyanın iradəsinin simvoludur, Ukrayna vurmalıdır

19-08-2024, 13:05           
Bu, Rusiyanın iradəsinin simvoludur, Ukrayna vurmalıdır
Krım körpüsü strateji əhəmiyyətə malikdir və Rusiyanın işğal olunmuş Krıma öz iradəsini tətbiq etməsinin simvoludur. Körpü həm də taktiki dəyərə malikdir, logistikanın bir hissəsi körpüdən keçir.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Mark Montqomeri deyib.

"Logistika üçün daha vacib olan bərə xidməti də var. Ona görə də hər iki hədəfi vurmaq lazımdır. Bu, legitim hərbi hədəfdir. Onlar (ukraynalılar) zərbə vurmaq üçün lazım olan silahlara sahibdirlər deyə, bunu düşünə bilərlər. Lakin onlar bu silahlardan harada istifadə edə biləcəklərini də ölçməlidirlər, çünki Ukraynada məhdud sayda uzaq mənzilli ATACMS raketləri və ya digər sistemlər var", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru