Kiyev yalan deyir: silahı var və ardı da gəlir - Rus ekspert

19-08-2024, 10:27           
Kiyev yalan deyir: silahı var və ardı da gəlir - Rus ekspert
Ukrayna ordusunun Kursk vilayətinə daxil olması Qərb ölkələrinin silah təchizatına təsir etməyəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert və ehtiyatda olan birinci dərəcəli kapitan Vasili Dandıkin deyib.

"Məncə, bu fakt təchizata heç cür təsir etməyəcək. Planlaşdırıldığı kimi silah verirlər və görünür, kifayət qədər silah var. Baxmayaraq ki, şikayət edərək, silahların kifayət etmədiyini deyirlər", - o bildirib.

Kapitan qeyd edib ki, ABŞ plana uyğun olaraq Kiyevə yardım edir, ona görə də Ukrayna Silahlı Qüvvələrində mərmi və pilotsuz təyyarə çatışmazlığı yoxdur.

Bundan əlavə, analitik vurğulayıb ki, Qərb ölkələri hava hücumundan müdafiə sistemlərinin tədarükü baxımından Kiyevə hərbi dəstəyi artıra bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru