Britaniya İsrailə silah satdığı üçün diplomat istefa verdi
20-08-2024, 09:14
İngiltərənin İrlandiyadakı səfirliyində işləyən Mark Smit ölkəsinin İsrailə silah satdığını əsas gətirərək Xarici İşlər Nazirliyindəki vəzifəsindən istefa verib.
İndex.az xəbər verir ki, Mark Smit Britaniya hökumətini müharibə cinayətlərində şərik olmaqda günahlandırıb.
Britaniyalı diplomat Smit daha əvvəl İngiltərənin Yaxın Şərqdə satışlarının təsdiqi prosesində iştirak etdiyini və həmkarlarının İsrailin Qəzzada hərbi cinayətlər törətməsi və beynəlxalq hüququ pozması ilə bağlı aydın və şübhəsiz nümunələri hər gün gördüyünü iddia edib.