Blinken: İsrail ABŞ-nin Qəzza zolağında yeni təklifi qəbul edib

20-08-2024, 15:34           
Blinken: İsrail ABŞ-nin Qəzza zolağında yeni təklifi qəbul edib
İsrail tərəfi Qəzza zolağında atəşkəs məsələsində HƏMAS hərəkatı ilə fikir ayrılıqlarını azaltmaq üçün nəzərdə tutulmuş ABŞ-nin yeni təklifini qəbul edib.

APA xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə İsrailin fikir ayrılıqlarını aradan qaldırmağa yardımçı olan təklifi qəbul etdiyini və bunu dəstəklədiyini təsdiqlədi. İndi isə eyni şeyi HƏMAS etməlidir”, - Blinken vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru