Vurğun Əyyub Müsavat Məclis üzvlüyündən çıxarılacaq

4-04-2015, 14:59           
Vurğun Əyyub Müsavat Məclis üzvlüyündən çıxarılacaq “Müsavat Partiyasının legitim orqanlarını tanımayan bir şəxsin Müsavat adından parlament seçkilərində namizədliyini irəli sürməsini məntiqsiz sayıram. Ancaq bütün hallarda bu məsələ Vurğun Əyyubun şəxsi işidir”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib.

N. Sadıqlı bildirib ki, Müsavat Partiyası üzvlərinin parlament üzvlüyünə namizədliyi Məclisinin 4 aprel toplantısında təsdiq olunmayacaq: “Çünki hələ seçkilərə çox qalıb, bütün namizədlər dəqiqləşdiriləndən sonra yəqin ki, Məclisin növbəti toplantılarının birində bu məsələlərə baxılacaq”.

N. Sadıqlı Müsavat Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılacağını vurğulayıb: “Vurğun Əyyubun Məclis üzvlüyündən kənarlaşdırılması Məclisin 4 aprel toplantısında gündəmə gələcək. Çünki bu, müsavatçıların haqqıdır və tələbidir. Vurğun Əyyubun yerinə hansısa partiya üzvü seçilərək, orada fəal iştirak edə bilər. Vurğun Əyyub Məclisdə iştirak etmirsə, bu orqanı legitim saymırsa, onu yerinə başqa adam seçilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru