YAP namizədlərin siyahısını sentyabrın 25-də açıqlayacaq

15-09-2015, 12:19           
YAP namizədlərin siyahısını sentyabrın 25-də açıqlayacaq
Hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində deputatlığa namizədlərlə bağlı siyahısını hələ də açıqlamayıb. Siyahının açıqlanmaması da siyasi müxalifətlə hakim partiya arasında mübarizə mühitinin yaranmammasına səbəb olur. Hələ ki, seçkilərdə müstəqil və siyasi müxalifətdən olan namizədlər iştirak edirlər. Buna görə də qarşı tərəf olmadığına görə, seçkilərlə bağlı gözlənilən mübarizə mühiti formalaşmır.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən YAP namizədlər siyahısını ən son anda açıqlayacaq. Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi seçkilərlə bağlı təqvim planına əsasən oktyabrın 2-də namizədliyini irəli sürmüş və imza vərəqi götürmüş şəxslər üçün son tarixdir. Yəni bu tarixə qədər hər bir namizəd imza vərəqini geri qaytarmalıdır.
Bundan sonra 8 günlük müddətdə namizədlərin qeydə alınması prossesi başlayır və oktyabrın 10-dan sonra cəmi 20 günlük təbliğat-təşviqat dövrü qalır. Məlumata əsasən YAP təqvim planın tələblərinə uyğun olaraq sentyabrın 25-də siyahını açıqlayacaq. Namizədliyini irəli sürən YAP-çılara isə ən geci 5 gün müddətində təsdiqlə bağlı cavab verilməli və onlara imza vərəqləri təqdim olunmalıdır. Bu zaman isə imza vərəqini götürmüş hakim partiyanın namizədi üçün sentyabrın sonuncu günü və prossedura uyğun olaraq oktyabrın ilk 2 günü qalacaq.

Elə dünən jurnalistlərə açıqlamasında Siyavuş Novruz deyib ki, YAP-ın siyahısı yaxın 10 gün ərzində açıqlanacaq. Yaxın 10 günün isə son tarixi sentyabrın 25-dir.

Xatırladaq ki, bir qədər əvvəl YAP-ın funksioneri Siyavuş Novruzov açıqlamasında bildirmişdi ki, rayonlarda yaradılmış Seçki Qərargahlarında 10 nəfərlik könüllülər qrupu formalaşdırılıb. S.Novruzovun dediyinə görə, onlar imzaları 1 günə toplamağı hədəfləyiblər.

Təqvim planına əsasən oktyabrın 2-dən -10-a qədər heç bir namizəd təbliğat-təşviqat apara bilməz. Yalnız 10-dan sonra rəsmən təbliğata start veriləndə bu prossesi apara bilərlər. Deməli, hakim partiyanın siyahısını açıqlayacağı ən sonuncu tarix sentyabrın 25-dir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.