Məşhur həkim niyə YAP-ın vahid namizədi oldu? - FOTO

16-09-2015, 14:51           
Məşhur həkim niyə YAP-ın vahid namizədi oldu? - FOTO
Hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısında adları diqqət çəkən yeni namizədlərdən biri də Rəşad Mahmudovdur. YAP-ın 77 saylı Astara seçki dairəsindən vahid namizədi R.Mahmudov Azərbaycanda tanınmış ürək cərrahıdır.

Qeyd edək ki, hazırda dairəni Milli Məclisdə “lal deputatlar”dan olan Aslan Cəfərov təmsil edir.

Hakim Partiya qarşıdakı seçkilərdə Aslan Cəfərovdan imtina edib.

Rəşad Mahmudova gəldikdə, çoxları onun deputatlıq marafonuna qoşulmasını təəccüblə qarşılayıb.
Modern.az-ın məlumatına görə, tibb elmləri namizədi R.Mahmudov ali təhsilini Türkiyədə alıb və bir müddət orada işləyib.
2005-ci ildən hal-hazıra kimi Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir. Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 6000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparıb.

2006-cı ildə “Tərəqqi medalı", 2014-cü ildə “Əməkdar həkim" fəxri adı ilə təltif olunub













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.