Komitə sədrinin qardaşına güclü rəqib gəldi - Malik Həsənova asan olmayacaq...

16-09-2015, 15:03           
Komitə sədrinin qardaşına güclü rəqib gəldi - Malik Həsənova asan olmayacaq...
Parlament seçkilərinə start verildikdən sonra prosesdə iştirak etmək üçün namizədliyini irəli sürən media təmsilçilərinin sayı artmaqdadır. JAM.AZ xəbər verir ki, dünən daha bir baş redaktor seçkilərdən gücünü sınamaq məqsədi ilə namizədliyini irəli sürüb.

Azernenews.tv xəbər portalının baş redaktoru olmuş Fikrət Fərhadoğlu 67 saylı Cəlilabad kənd Seçki Dairəsindən namizədliyini irəli sürüb. Bu barədə JAM.AZ-a məlumat verən namizədin vəkili bildirib ki, artıq zəruri olan bütün sənədlər toplanaraq, DSK-ya təqdim edilib.

Əslən, Cəlilabad rayonundan olan Fərhadoğlu tanınmış jurnalist olmaqla yanaşı, həm də doğulduğu ərazilərdə böyük nüfuz sahibidir. Ziyalı ailəsində doğulmuş baş redaktor seçkilərdə qalib gələcəyinə əmindir. Onun əsas alternativi isə YAP-ın namizədi olan Malik Həsənovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru