"YAP-dan namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər" - Siyavuş Novruzov

16-09-2015, 15:12           
"YAP-dan namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər" - Siyavuş Novruzov
Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyi irəli rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər.

Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb.

S. Novruzovun sözlərinə görə, qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.

Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.