Alternativsiz namizədlər ... – SİYAHI

16-09-2015, 15:18           
Alternativsiz namizədlər ... – SİYAHI
Dünən hakim YAP parlament seçkiləri ilə bağlı namizədlər siyahısını açıqladıqdan sonra seçkiqabağı mühitdə gözlənilən canlanma başlayıb.

“Qafqazinfo” xəbər verir ki, dünənə qədər YAP-ın siyahısını gözləyən bir çox nüfuzlu şəxslər, eyni zamanda hazırda parlamentdə təmsil olunan bitərəflər və partiya sədrləri artıq bu gündən iddialarını açıqlamağa başlayıblar. Onlar hansı dairədən namizəd olduqlarını açıqladıqca mənzərə tam müəyyənləşir.
Belə ki, həmin şəxslərin o dairələrdən deputat seçiləcəyi heç kimdə şübhə doğurmur. Baxmayaraq ki, bu dairələrin əksəriyyətindən YAP-ın namizədi irəli sürülsə də, onlar prinsipial namizədlər deyil və siyahıda əsas şəxslər hesab olunmurlar. Sonrakı mərhələdə həmin şəxslərin namizədliklərini geri götürəcəkləri və ya seçkidə üçüncü, dördüncü yerdə qərarlaşacaqları gözlənilir.

Artıq “Qafqazinfo” belə dairələrin bir çoxundan kimlərin namizəd olacağını dəqiqləşdirib. Əksəriyyəti hazırda təmsil olduğu dairədən təkrar namizəd olacaq həmin şəxslərin siyahısını təqdim edirik:

1. Sabir Rüstəmxanlı – 72 saylı Masallı-Yardımlı seçki dairəsindən.
2. Əliağa Hüseynov – 50 saylı Salyan seçki dairəsindən.
3. Fəttah Heydərov – 116 saylı Qəbələ seçki dairəsindən.
4. Hacı Madər Musayev – 10 saylı Binəqədəsi üçüncü seçki dairəsi.
5. Adil Əliyev – 20 saylı Nərimanov ikinci seçki dairəsindən.
6. Rasim Musabəyov - 18 saylı Nərimanov-Nizami seçki dairəsindən.
7. Fəzail Ağamalı - 60 saylı Salyan-Neftçala seçki dairəsindən.
8. Çingiz Qənizadə - 80 saylı İmişli-Beyləqan seçki dairəsindən.
9. İqbal Ağazadə - 35 saylı Xətai üçüncü seçki dairəsindən.
10. Fazil Mustafa - 26 saylı Sabunçu birinci seçki dairəsindən.
11. Qüdrət Həsənquliyev - 7 saylı Ordubad-Culfa seçki dairəsindən.
12. Ziyad Səmədzadə - 23 saylı Nəsimi-Səbail seçki dairəsindən.
13. Jalə Əliyeva - 92 saylı Zərdab-Uicar seçki dairəsindən.
14. Asim Mollazadə - 22 saylı Nəsimi ikinci seçki dairəsindən.
15. Səttar Mehbalıyev – 3 saylı Babək Kəngərli seçki dairəsindən.
16. Azər Kərimli – 112 saylı Qax seçki dairəsindən.
17. Vahid Əhmədov – 52 saylı Quba seçki dairəsindən.
18. Cavanşir Feyziyev – 115 saylı Şəki kənd ikinci seçki dairəsindən.
19. İlyas İsmayılov – 106 saylı Tovuz-Qazax-Ağstafa seşki dairəsindən.
20. Zeynəb Xanlarova – 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən.
21. Sahib Alıyev – 95 saylı Tərtər seçki dairəsindən.
22. Əli Məsimli - 114 saylı Şəki kənd birinci seçki dairəsindən

Onların bir çoxu “Qafqazinfo”ya açıqlamasında hazırda təmsil olunduqları dairədən seçkiyə qatıldıqlarını təsdiqləyiblər.

Maraqlıdır ki, nazir Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov “Qafqazinfo”ya açıqlamasında namizəd olub-olmayacağını dəqiqləşdirmədiyini deyib.

Bir çox dairələrdən isə qeyd etdiyimiz kimi YAP-ın namizədi irəli sürülsə də, hazırda deputat olan və daha şanslı şəxslərin yerdəyişmə edərək bəlli dairələrdən iddia ortaya qoyması da həmin ərazilərdə vəziyyətin nə yerdə olacağını açıq göstərir. Belə ki, hazırda Etibar Hüseynovun təmsil olunduğu 15 saylı Yasamal birinci seçki dairəsindən bitərəf deputat Ülvi Quliyev namizəd olacaq. Maraq üçün bildirək ki, bu dairədən İsa Qəmbər də namizəddir.

46 saylı Şirvan seçki dairəsini təmsil edən Azay Quliyev isə bu dəfə 8 saylı Binəqədi seçki dairəsindən prosesə qatılacaq.

Xatırladaq ki, həmin şəxslərin bəziləri artıq parlament yaranandan eyni dairədən Milli Məclisdə təmsil olunurlar.

Bəzi dairələrlə bağlı məsələni dəqiqləşdirməkdəyik. Siyahı yenilənə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.