“117 dairədə qələbəyə iddialıyıq” - YAP-dan açıqlama

16-09-2015, 15:22           
“117 dairədə qələbəyə iddialıyıq” - YAP-dan açıqlama
“117 dairədən namizəd irəli sürmüşük, hər bir dairədə qələbəyə də iddialıyıq”. Bu sözləri Modern.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O qeyd edib ki, hər bir namizədin taleyini həll edən seçicidir:

“Seçici etimad göstərəcəksə, gəlib səs verəcəksə, təbii ki, irəli sürdüyümüz bütün dairələrdə biz qələbə əldə edəcəyik. Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər kifayət qədər təcrübəli, həmçinin gənc, savadlı, bacarıqlı, vətənpərvər, vətəninə, dövlətinə prezidentinə sədaqətli insanlardır. Ümumilikdə Yeni Azərbaycan Partiyasının həm keçmişdə, həm də indiki bütün deputatlığa namizədləri, deputatları, deputat olan və olmayan, arzusunda olanlar hər biri layiqli insanlardır və partiyanı bu günə qədər lazımınca təmsil ediblər. Namidəliyi irəli sürülməyənlər də bundan sonra ayrı-ayrı sahələrdə partiyanı, dövlətimizi, xalqımızı təmsil edəcəklər. Bizim bu məsələdə heç bir problemimiz yoxdur və hər bir namizədimiz qələbə uğurunda mübarizə aparır”.

8 dairədən namizəd irəli sürmədiklərini xatırladan Siyavuş Novruzov vurğulayıb ki, həmin dairələrdən deputatlığa iddialı olanlar respublikanın tanınmış, hörmətli, ictimai-siyasi həyatda rol oynayan insanlarıdır:

“Bunlardan 5-i bitərəfdir, 3-ü isə ayrlı-ayrı siyasi partiyanın rəhbəridir. Yerdə qalan hər bir dairə uğrunda isə biz mübarizə aparacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.