ADP parlament seçkilərində iştirak etməyəcək - Qərar

16-09-2015, 15:24           
ADP parlament seçkilərində iştirak etməyəcək - Qərar
Bu gün Azərbaycan Demokrat Partiyası Ali Məclisinin Rəyasət Heyətinin iclası keçirilib.

Partiyadan APA-ya verillən məlumata görə, iclasda ölkədə ictimai-siyasi vəziyyət və parlament seçkiləri ilə bağlı məsələlər müzakirə olunub.

Geniş müzakirələrdən sonra seçkidə iştirakdan imtina haqqında qərar qəbul edilib. Qərar son vaxtlar Azərbaycanla Qərbin müvafiq institutları arasında münasibətlərin gərginləşməsi və ATƏT-in parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina etməsi ilə əsaslandırılır.

Ali Məclisin Rəyasət Heyətinin qərarına əsasən ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini bu gündən dayandırdıqlarını bəyan ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.