Erməni müxalifətçini Azərbaycana Novella Cəfəroğlu qaçırıb - AÇIQLAMA

17-09-2015, 17:40           
Erməni müxalifətçini Azərbaycana Novella Cəfəroğlu qaçırıb - AÇIQLAMA
Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan Azərbaycana insan haqları müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə qaçıb.

teref.az saytı xəbər verir ki, bu haqda Novella Cəfəroğlu özü “İnterfaks”a məlumat verib.

“Bizim gürcü həmkarlarımız mənə məktub verdilər. Orada deyilirdi ki, Vahan Martirosyanı və onun arvadını döyüblər, nəticədə qadın uşaq salıb”- deyə Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi deyib ki, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə yaradıb və “onlar Martirosyana sığınacaq veriblər”.

N.Cəfəroğlu əlavə edib ki, sabah Bakıda V.Martirosyanın və arvadının iştirakı ilə mətbuat konfransı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru