“Müharibə başlasa, Rusiya Ermənistanın tərəfini tutacaq”

17-09-2015, 20:56           
“Müharibə başlasa, Rusiya Ermənistanın tərəfini tutacaq”
“Rusiya-Azərbaycan münasibətləri bu gün ciddi dəyişikliyə məruz qalıb. Bu dəyişikliyin əlamətlərindən biri Xəzərdəki birgə təlimlərdisə, digəri Qəbələdə yeni RLS tikintisi perspektivi ilə bağlıdır”.

Musavat.com-un məlumatına görə, bu sözləri minval.az saytına müsahibəsində Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal bildirib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri SergeyLavrovin Azərbaycana son səfəri o anlama gəlir ki, Kreml Bakını yenidən Avrasiya İqtisadi Birliyinə cəlb eləmək istəyir: “Ancaq bu gün Rusiyanın izolyasiyası, neftin qiymətinin kəskin düşməsi və rublun zəifləməsi şəraitində belə bir təklif az cəzbedici görünür, nəinki ondan qabaq. Düşünmürəm ki, məhz indi Azərbaycan rəhbərliyi məsələdə öz mövqeyini dəyişsin. Avrasiya Birliyinə qoşulmaqla neft bahalaşmayacaq, baş ağrısı azalmayacaq, investisiya mühiti yaxşılaşmayacaq... Azərbaycan nəzərə almalıdır ki, Rusiya ilə yaxınlaşmaqla öz problemlərini həll etməmək bir yana, üstəlik, Rusiyanın problemlərini bölüşmək riskinə gedir”.

Bununla belə, ekspert hesab edir ki, Qərblə Rusiya arasında seçim – yalançı seçimdir, çünki: “Qərb Dağlıq Qarabağ məsələsində beynəlxalq hüququn təsbitolunmasına kömək göstərmədiyi kimi, Rusiya da öz erməni müttəfiqindən heç vaxt imtina etməyəcək və Azərbaycana kömək göstərməyəcək”.
Heydər Camala görə, Azərbaycan İslam dünyasında yüksək dərəcəli yeni oyunçu tipində özünü təsdiqləməlidir: “Sovet respublikası statusunun irsindən qurtulmaq və necə deyərlər, arxasında 1,5 milyard müsəlman olan ölkəyə çevrilmək lazımdır. Bu gün ABŞ ikinci min illiyin əvvəlləri ilə müqayisədə zəifdir. Ona görə də o, artıq əvvəlki tək bütün proseslərə və intriqalara qarışa bilmirlər. Amerikanlar, məsələn, Minsk danışıqları stolu arxasında yoxdurlar (Ukrayna böhranından söhbət gedir – red.). Türkiyəyə qarşı da ABŞ pərdə arxasından qəsd təşkil edir – bura Rusiyanı, İranı, Səudiyyə Ərəbistanını və İsraili cəlb etməyə çalışmaqla. ABŞ Ankara ilə birbaşa qarşıdurmaya gedə bilməz, çünki Türkiyə NATO-nun üzvüdür, tərəfdaşdır. Ancaq bu gün Amerikanın istədiyi - Ərdoğan rejiminin çöküşü və Türkiyənin parçalanmasıdır. Bu barədə hələ 27 il öncə açıq şəkildə DevidRokfeller bildirib. Azərbaycan ABŞ-ın Moskvanın da dəstəklədiyi anti-Türkiyə oyununa qoşulmamalıdır”.

Politoloq yeni Qarabağ müharibəsi ehtimalının həmişə olduğuna xüsusi diqqət yönəldib: “Bəşəriyyət 3-cü Dünya müharibəsinin astanasındadır. Bu gün xəritədə ondan çox sayda qaynar nöqtə var ki, sabah böyük müharibəyə vəsilə ola bilər... Belə informasiyalar var ki, Ermənistan hələ sovet dönəmindən miras kimi nüvə başlıqlarına malikdir – hansıları ki, o, Rusiya ərazisinə qaytarmayıb və özünün Msamor AES-i vasitəsi mütəmadi təzələyir. Erməni nüvə fizikləri sovet elmi potensialının bir hissəsidir. Qarabağı geri qaytarmaq barədə düşünərkən biz bu məqamı da ciddiyə almaya bilmərik”.
Heydər Camal Qarabağ müharibəsində ABŞ və Rusiyanın özünü necə aparacağı ilə bağlı sualı beləcavablandırıb: “Onların özünü necə aparacağı Ukrayna nümunəsindən görünür. Qərb özünü elə göstərir ki, Ukraynanı dəstəkləyir və Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu – Rusiyanın vəziyyətini pisləşdirir, ancaq Ukraynaya az kömək edir. Qarabağda müharibə başlasa, Rusiya Ermənistanın tərəfini tutacaq, Qərb isə özünü elə aparacaq ki, guya Bakının yanındadır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.