Trampa qarşı Avropanın yeni yol xəritəsi

28-08-2018, 08:06           
Trampa qarşı Avropanın yeni yol xəritəsi
Avropa Birliyinin ABŞ-dan asılı olmayan siyasət yürüdəcəyini bəyan edən Fransanın İqtisadiyyat və maliyyə naziri Bruno Le Maire Almaniya ilə birlikdə ABŞ-ın sanksiyalarına qarşı çeşidli beynəlxalq layihələri maliyyələşdirməyi nəzərdə tutan mexanizmlər üzrəində çalışdıqlarını qeyd edib.

"Almaniya ilə birlikdə müstəqil Avropa və ya Fransa-Almaniya maliyyə mexanizminin təkmilləşdirilməsi qərarını aldıq. Bu mexanizm ABŞ-ın sərgilədiyi sanksiyaların qurbanı olmağımızı əngəlləyəcək. Mən Avropanın vassal torpaq deyil, müstəqil qitə olmasını istəyirəm. Bu tamamilə müstəqil maliyyə vasitələrinin olması anlamına gəlir ki, hazırda buna sahib deyilik", deyə Bruno Le Maire bildirib.

Daha öncə Almaniya xarici işlər naziri Hayko Maas da məqsədlərinin "müstəqil və güclü Avropa" olduğunu bildirib. Maas ABŞ-ın təsirlərinə rəğmən müstəqil hərəkət edərək çoxqütblü dünya düzəninin qorunmasına diqqət yetirəcəklərini bəyan edib.

Müəllif: Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru