Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi - Mahmud Məmmədquliyev

2-10-2015, 10:55           
Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi - Mahmud Məmmədquliyev
Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi, çünki əgər əməkdaş pis işləyirsə, o cəzalandırılmalıdır. Bu barədə Trend-ə Azərbaycan xarici işlər nazirlinin müavini Mahmud Məmmədquliyev Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, qanuna dəyişikliklər tamamilə normaldır: “Vəzifənin aşağı salınması, diplomatik rütbədən məhrum etmə cəza tədbiridir. Hər kəs öz işini yerinə yetirməlidir. Diplomatlar haqqında qanuna edilən bu dəyişikliklər ciddi tədbirlərdir, töhmət vermək və vəzifənin aşağı salınması kimi maddələr digər ölkələrin qanunlarında da var”.

Bəzi diplomatların ölkəyə qayıtmaması məsələsinə münasibət bildirən nazir müavini qeyd edib ki, öz ölkəsini sevən adam ölkəyə gəlməli və burada öz narazılığını bildirməlidir: “Əgər kimsə getmək istəyirsə, qoy getsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru