Fransa İrana müharibə elan etdi
3-10-2018, 07:54

Fransa, iyunun 30- da Parisdə keçirilən İran müxalifətinin fəaliyyətini hədəf alan hücum cəhdinin arxasında İran kəşfiyyatının olduğunu bildirib.
Open.az xəbər verir ki, "Le Monde" qəzetinin diplomatik mənbələrə əsaslandırdığı məlumata görə, hücumun arxasında İran Kəşfiyyat Nazirliyindən Said Haşimi Moghadamın olduğu bildirildib.
Xəbərdə, Fransanın paytaxtı Parisdə, 30 iyun günü keçirilən İran Müxalifəti İran Müqaviməti Milli Şurasının tədbirinə hücum planının ortaya çıxardığı və təcavüzün Moghadam tərəfindən idarə edildiyininin müəyyən olunduğu qeyd edilib. Qəzet, Paris rəhbərliyinin açıqlamasının, aylardır davam edən araşdırmalar və çox sayda ölkə arasında gerçəkləşən informasiya mübadiləsi ilə əldə edilən nəticələr fonunda keçirildiyini vurğulayıb.
Hücumla bağlı bundan əvvəl də 3 şübhəli yaxalanmışdı. Belçika Federal Prokurorluğundan edilən yazılı açıqlamada, Amir S. və xanımı Nasimeh Nnin tədbirə hücum hazırlığında olduğu şübhəsi ilə həbs olunduğu bildirilmiş, İran əsilli cütlüyün əlaqədə olduğu və İranın Vyana Səfirliyində diplomat olduğu müəyyən edilən Assadollah A. adlı şəxsin isə Almaniyada həbs olunduğu bildirilmişdi.
İkilinin Brüsseldə hərəkət halında dayandırıldığı, avtomobillərdə aparılan axtarışda 500 qram "TATP" adlı partlayıcı maddə və alışdırma mexanizminin olduğu qeyd edilmişdi. Fransa bu gün həmçinin, İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə məxsus mal varlıqlarını 6 ay dondurduğunu açıqlamışdı.
Fransa Xarici İşlər Naziri Cean-Yves Le Drian, Daxili İşlər Naziri Jerar Collomb və İqtisadiyyat Naziri Bruno Le Mairein birgə verdikləri yazılı açıqlamada, "Parisdə İran müxalifəti İran Müqaviməti Milli Şurasının 30 iyunda keçirdiyi aksiyada qeydə alınan təcavüz hadisəsiylə əlaqəli olaraq İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi Daxili Təhlükəsizlik İdarəsinin mal varlıqlarını 6 ay dondurduğu" qeyd edilmişdi.
Digər tərəfdən, Fransız mətbuatı, Fransanın Tehrana yeni səfir göndərmə qərarını təxirə aldığını iddia edib. Mövzu ilə bağlı hələ ki, rəsmi bir açıqlama ver, Prezident Emmanuel Macronun Suriya Üzrə Xüsusi Nümayəndəsi vəzifəsinə gətirilən Fransanın keçmiş Tehran Səfiri Fransua Senemaudun yerinə iyun ayından bəri atama edilmədiyi xatırladılıb.
Fransız mətbuatı daha əvvəl də avqustun sonunda Fransa Xarici İşlər Nazirliyinin diplomatlara və məmurlara, təhlükəsizlik qayğısı səbəbiylə İrana edəcəkləri səyahətləri təxirə salmaları haqqında arayış göndərdiyini iddia etmişdi.