“MƏNİ VƏTƏNDƏN DİDƏRGİN SALMAQ İSTƏYƏNLƏR BUNU GÖRMƏYƏCƏKLƏR” - DEPUTAT AYDIN ABBASOV

7-04-2015, 15:14           
“MƏNİ VƏTƏNDƏN DİDƏRGİN SALMAQ İSTƏYƏNLƏR BUNU GÖRMƏYƏCƏKLƏR” - DEPUTAT AYDIN ABBASOV
“Mənim ailəmlə birgə vətənimi tərk edib, həmişəlik Türkiyədə yaşayacağımı deyənlər tərbiyəsi olmayan axmaq və səfeh insanlar ola bilər. Mən heç yerə qaçıb getməmişəm, Azərbaycandayam”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Aydın Abbasov ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. A.Abbasov deyib ki, onu vətəndən didərgin salmaq istəyənlər bunu görməyəcək. “Mən bu ölkənin deputatıyam. Qeyrətimiz də var, kişiliyimiz də... Niyə görə vətənimi, dövlətimi atıb harasa qaçmalıyam?! Qaçmaq ancaq bulvarda olur. O şərəfsizlər ki, mənim Azərbaycandan çıxıb getməyimi istəyir, onlara bir kəlmə sözüm var: bu cür əsassız informasiyaları yayanların xəyalları ürəklərində qalacaq”.Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Abbasovun ailəsi ilə birgə həmişəlik olaraq Türkiyəyə köçüb, orada məskunlaşdığı haqda məlumatlar yayılıb.

Aydın Abbasov baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğludur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru