“Bakcell” problemi həll etmək əvəzinə problem yaradır

28-04-2015, 19:31           
“Bakcell” problemi həll etmək əvəzinə problem yaradır
Özünün yaratdığı problemi aradan qaldıra bilməyən şirkətə kim güvənər..?

Son günlər “Bakcell” şirkəti tərəfindən, heç bir səbəb göstərilmədən, əsassız olaraq Qafqaz Xəbər Agentliyinə məxsus korporativ nömrələrin çıxan zəngləri deaktiv olunub. Nömrələrdən digər operatorlara zəng edəndə deyilir ki, zəng emək üçün balansınızda kifayət qədər vəsait yoxdur. Ancaq bu əsassızdır, çünki biz hər ayın 6-sı bizə təqdim olunan hesab faktura əsasında borcumuzu ödəyirik. Bu gün isə, ayın 28-dır. Hətta agentliyin əməkdaşları dəfələrlə korporativ nömrələrlə iş şöbəsinin (Goldservice@bakcell.com) email-nə problemin aradan qaldırılması ilə bağlı müraciət etsələr də, hələ də problem aradan qaldırılmayıb. Cavabında isə Bakcell yazır ki: “Salam hörmətli partnyor! Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Goldservice@bakcell.com elektron ünvanına daxil olan sorğuların cavablandırılmasında müəyyən gecikmələr ola bilər. Biz mümkün qədər sizin sorğularınıza tez bir zamanda cavab verməyə və həmçinin, icrasını təmin etməyə çalışacağıq. Müvəqqəti çətinliyə görə öncədən üzr istəyirik. Əməkdaşlıq etdiyiniz üçün minnətdarıq. Hörmətlə, Zaur”. Tərəfimizdən aparılan araşdırmalar nəticəsində məlum oldu ki, zənglərin çıxışı deaktiv olunan əsas nömrələrin hesabında kifayət qədər, artıqlaması ilə pul var. Ancaq bütün bunlara baxmayaraq problem hələ də aradan qaldırılmayıb.

Sözardı: Günlərdir özünün yaratdığı xırda bir problemi aradan qaldıra bilməyən şirkətə ölkə vətəndaşları hansı əsasla güvənə bilərlər..? Qoy, bu suala “Bakcell”in rəhbərliyi cavab versin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.