“AAAF Park”ın şefi özünü nədən bu qədər arxayın hiss edir? - Çəkişmə...

29-04-2015, 11:30           
“AAAF Park”ın şefi özünü nədən bu qədər arxayın hiss edir? - Çəkişmə...
Tofiq Heydərovun məhkəmə zalından çıxışından sitat: “Sən bilirsən, mən prezidentlə görüşmüşəm? Bundan sonra heç kim məndən yaza bilməz. Prezidentə də demişəm, hüquq-mühafizə orqanları ilə də danışmışam. Bundan sonra kimə məndən yazsa, onunla məşğul olacaqlar”

““Zirvə” litseyi, “AAAF Park” və bu qurumların rəhbərləri Tofiq Heydərovun və Rəşad Əliyevin PİA.AZ-a qarşı irəli sürdükləri iddalar gülüncüdür və heç bir məntiqə sığmır. Bu iddialar hüquqa ziddir və doğurdan da Azərbaycanın böyük biznes adamlarından biri olaraq bilinən Tofiq Heydərovun hüquq bilməməzliyi adamı heyrətə gətirməyə bilmir”

Bu sözləri PİA.AZ-ın baş redaktoru Azər Qaramanlı “Zirvə” litseyi, “AAAF Park” və bu qurumların rəhbərləri Tofiq Heydərovun və Rəşad Əliyevin PİA.AZ-a qarşı xüsusi itiiham qaydası ilə irəli sürdükləri iddianı dəyərləndirərkən bildirib.

Qeyd edək ki, “Zirvə” litseyi, “AAAF Park” və bu qurumların rəhbərləri Tofiq Heydərov və Rəşad Əliyev xüsusi itiiham qaydası ilə Neftçala Rayon Məhkəməsinə müraciət ediblər. Tofiq Heydərov və Rəşad Əliyev PİA.AZ-ın baş redaktorunun həbsini tələb edirlər. Azər Qaramanlı isə öz nösbəsində qarşı tərəfin tddasıın gülünc oldluğunu və ölkə qanunvericliynə, həmçinin “Mətbuat haqqında qanun”a zidd olduğunu bildirib:

“Hər şeydən əvvəl onu bildirmək istəyirəm ki, Tofiq Heydərovun və Rəşad Əliyevin mənə və rəhbərlik etdiyim sayta qarşı idda irəli sürmələri, həmçinin mənim həbsimi tələb etmələri absurddur. Çünki bizə qarşı irəli sürülən yazıların müəllifi və ilkin mənbəyi biz deyilik. Bunula bağlı məhkəməyə sübutlarımızı təqdim edəcəyik. Amma Tofiq Heydərovun və Rəşad Əliyevin məhz PİA.AZ-ı hədəf seçmələri maraq doğurur və açığı deyim ki, Azərbaycanın böyük biznes adamlarından biri olaraq bilinən Tofiq Heydərovun hüquq bilməməzliyi adamı heyrətə gətirməyə bilmir”.
PİA.AZ-ınbaş redaktoru bildirir ki, o, Tofiq Heydərovun PİA.AZ-a qarşı absurd iddasının arxasında hansı səbəblərin dayandığınıi çox yaxşı anlayır:

“Bilirsiniz, son 7-8 ay ərzində “AAAFPark” və qurumun rəhbəri Tofiq Heydərov haqqında onlarla yazılar, məlumatlar dərc olunub. Bu məlumatların bir çoxu ziddiyyətli xarakter daşıyıb. Hətta ölkənin ən tanınmış və populyar qəzetlərindən birində Tofiq Heydərovun böyük vergi qaçaqçılığı səbəbiylə həbs olunması barədə geniş məqalə dərc olunub. Sonrada həmin məlumat rəsmi şəkildə Tofiq Heydərov tərəfindən təkzib olunub. Bizim başqa xəbər portallarına əsasən yaydığımız məlumatlar iki aydan əvvəl yayımlanıb. Ondan əvvəllərdə “AAAF Park”la bağlı hamı kimi bizdə yazılar dərc etmişik. Və deyim ki, bu yazılar daha çox müsbət xarakterli olub. Neqativ yazılarımız da olub. Amma bu günə qədər PİA.AZ-ın “AAAF Park”la bağlı özəl yazısı olmayıb.

Onu da qeyd edim ki, bir müddət əvvəl Tofiq Heydərov mətbuatla anlaşmağa cəhd elədi. Tofiq Heydərovun mətbuatla kimlər vasitəsi ilə necə anlaşmağa çalışdığını bir çoxları kimi mən də bilirəm. Sonra anladı ki, bütün mətbuatla anlaşması mümkün olmayacaq. Ona görə də indi baş verənlərTofiq Heydərovun mətuatı şantaj eləmək niyyətindən başqa bir şey delil . Yəni Tofiq Heydərov PİA.AZ-ı "cəzalandırmaqla" bütün mətbuatın “ağzını bağlayacağını” təxmin edir. Hesab isə çox sadədir. “Gözü çıxan qonşuna bax”, misalı bir şeydir. Tofiq Heydərovun hədəf olaraq PİA.AZ-ın seçilməsi də təbiidir. PİA.AZ-ın arxasında iri məmurlardan heç kimin dayanmadığını yaxşı bilən və həmçinin PİA.AZ-ın nə böyük, nə də kiçik media resursu olmadığını, amma kifayət qədər də ictimai rəyə təsir edə bildiiyndən məlumatlı olanTofiq Heydərovun məsləhətçiləri bu yolla hakimiyyətdəki bəzi qrupların qəzəbini üzərinə çəkmədən mətbuatı susdurmağı planlayırlar. Bu üzdən də PİA.AZ ideal hədəfdir”.

Baş redaktor həmçinin Tofiq Heydərovun və onun baş məsləhətçisi Rəşad Əliyevin məhz indi hərəkətə keçməsini onun Astarada ölkə prezidenti ilə görüşü ilə əlaqələndirir:

“Tofiq Heydərovun aprelin 11-də Astarada prezidentlə görüşündən sonra mətbuata qarşı hərəkətə keçməsi bizim haqqlı olduğumuzu sübut edir. Prezidentlə görüşdükdən sonra özünün təhlükəsizliyini təmin etdiyini düşünən Tofiq Heydərov mətbuatı susdurmaq üçün əlverişli fürsət əldə etdiyini düşünür. Prezidentlə görüşündən sonra Tofiq Heydərovun mətbuatı şantaj etməsi də bunun bariz nümunəsidir.

Qeyd edim ki, Tofiq Heydərov mətbuatı şantaj etmək niyyətini məhkəmə zalında, hakim qarşısında da gizlətməyib. Belə ki, məhkəmə zalında Tofiq Heydərov üzünü mənə tutaraq dedi ki: “Sən bilirsən, mən prezidentlə görüşmüşəm? Bundan sonra heç kim məndən yaza bilməz. Prezidentə də demişəm, hüquq-mühafizə orqanları ilə də danışmışam. Bundan sonra kimə məndən yazsa, onunla məşğul olacaqlar”

Sözün düzü bu çıxışı məni heyrətə gətirdi və hesab edirəm ki, bu məhkəmə qarşısında bütün mətbuatın şantaj etmə cəhdidir. Mən Tofiq Heydərovun bu sözlərinin məhkəmə protokolunda qeyd olunmasını məhkəmə katibindən tələb etmişəm. Açığını deyim ki, Tofiq Heydərovun məhkəmə zalında prezidentin və hüquq-mühafizə orqanlarının adından mətbuatı bu şəkildə təhdid etməsi məndə təəssüf hissi doğurdu. Tofiq Heydərov bununla həmçinin vətəndaşların, o cümlədən media resurslarının ölkə konstitutsiyasında təsbit edilən və qarantı prezident olan “Söz azadlığı” və “Sərbəst məlumat almaq və yaymaq” hüquqlarını şantaj etməkdədir.

Qeyd edim ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə Azərbaycanda heç bir jurnalistin söz və fikir azadlığına görə təqib olunmadığını bildirib. Sonuncu dəfə prezident bu barədə AŞPA sessiyasındakı çıxışında və yanvarın sonunda Almaniya kansleri Anqela Merkellə görüşündə bildirib. Ölkə prezidenti bildirib ki: “Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi qurum tərəfindən təzyiqə məruz qalmayıb. Azərbaycanda fundamental insan haqları və azadlıqları, eləcə də fikir və söz azadlığı sahəsində qısa bir zaman ərzində çox böyük uğurlara nail olunmuş və bizim təcrübəmiz bir çox ölkələr üçün də nümunə ola bilər”. Prezident həmçinin qeyd edib ki, Azərbaycan söz azadlığı 100 faiz təmin olunur və Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu müddət ərzində Azərbaycan Avropa Şurasında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında və şərəflə yerinə yetirir.

Görünür ki, Tofiq Heydərov prezidentlə iş şəraitində görüşəndən sonra özündə o qədər əminlik yaradıb ki, prezidentin yüksək kürsülərdən söylədiyi sözlərə belə kölgə sala bilər. Hər halda, bu, onun görüşdən həmən sonra xüsusi ittihamla mətbuata qarşı “səlib yürüşünə” çıxmasında hiss olunmaqdadır. Bütün hallarda Tofiq Heydərovun hazırda difilamasiya üzərindən azad sözün təqib olunması presendentini yaradır. Bu isə gələcəkdə beynəlxalq təşkilatların Azərbaycana qarşı ittihamla çıxış etməsinə əsas yaradacaq. Buna görə də hesab edirəm ki, Tofiq Heydərov hazırda ölkə prezidentinin yüksək tribunalardan söylədiklərinin tam əksini isbat etməyə çalışır və bu zaman prezidentlə iş şəraitində görüşündən yararlanmğa cəhd edir. Çalışır ki, beynəlxalq miqyasda Azərbaycanda söz azadlığının təqib olunduğunu isbat etsin və Azərbaycanı beynəlxalq miqyasda məhkum etsin. Əgər diqqət yetirilərsə, Azərbaycanda bu günə qədər ıurnalistləri konkret cinayət əməllərinə görə həbs ediblər. Sırf yazdığı yazıya görə isə, Azərbaycanda bu günə qədər heç bir jurnalist haqqında məhkəmə qərarı verilməyib. Bu son zamanlar Prezident Adminstrasiyasının İctimai Əlaqələr üzrə köməkçisi Əli Həsənovun çıxışlarında da dəfələrlə təsbit olunub.

Hazırkı vəziyyətdə Tofiq Heydərovun nəyə can atması şəxsən mənə qaranlıqdır. Çünki bu adamın prezidentlə görüşündən sonra haqqsız yerə və heç bir əsas olmadan mətbuat nümayəndələrinin həbsini tələb etməsi heç bir məntiqə sığmır. Mən yuxarıda Tofiq Heydərovu mətbuata qarşı “səlib yürüşünə” yönləndirən motivləri göstərdim. Amma bu motivlər yanlış hesablamalara dayanır və hər şeydən əvvəl Tofiq Heydərova qarşı çevriləcək. Çünki, bir daha vurğulayıram, Tofiq Heydərovun prezidentlə iş şəraitində görüşündən “ruhlanaraq” mətbat nümayəndələrinin həbsini tələb etməsi yaxşı heç bir şey vəd etmir".

PİA.AZ-ın baş redaktoru həmçinin onuda bildirib ki, o bu sözlərlə özünü hansısa şəkildə sığortalamağa çalışmır:

“Əgər doğurdanda, Tofiq Heydərova və Rəşad Əliyevə qarşı iddaların mənbəyi biz olsaydıq, o zaman bizim özümüzü müdafiə etməyə ehtiyacımız olardı. Hazırkı durumda isə, sadəcə Tofiq Heydərov və məsləhətçisi mətbuatı şantaj etmək üçün bizi hədəf seçiblər. Bu isə absurddur və təbii ki, biz onlara qarşı maddi və mənəvi ziyan iddası ilə, məhkəməyə mürasiət edəcəyik. Bundan başqa aidiyyatı üzrə dövlət qurumlarına, bir sıra nazirliklərə rəsmi qaydada sorğular göndərəcəyik. Bu qurumlardan bizi və ictimaiyyəti maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilməsini istəyəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.