Sən demə, Azərbaycanda «Yol Yaşıllaşdırma və Lanşaft Quruluşu» adlı idarə də var imiş... - Burası elə nazirin də yadından çıxıb
29-04-2015, 16:29
Yol kənarlarından yaşıllıq zolaqlarının salınması ilə dəfələrlə rastlaşmışıq. Hətta onun da şahidi olmuşuq ki, əkilmiş körpə ağaclara sonradan qulluq edilmədiyindən, çəkilən xərc və əmək hədər gedir. Əldə etdiyimiz məlumatlara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birbaşa tabeliyində olan «Yol Yaşıllaşdırma və Lanşaft Quruluşu» Açıq Səhmdar Cəmiyyəti bu işləri həyata keçirir. Amma necə... Bax burası olduqca maraqlıdır. Verilən məlumata görə, sədr əvəzi Ramiq Əşrəfov olan ASC böyük problemlər yaradır.
Ramiq Əşrəfovun sədr əvəzi olduğu «Yol Yaşıllaşdırma və Lanşaft Quruluşu» ASC əsasən pitomniklərlə iş görür, nəqd və köçürmə yolu ilə şam, küknar, kiparis, qazon, (yaşıl çəmən) alır, yolların ətrafında yaşıllıqlar salır, ağaclar əkir, gözəlliklər yaradır.
Mütəxəssislərin söylədiklərinə görə, R.Əşrəfovun ASC-sinə yuxarıda adı çəkilən ağaclardan və qazondan əlavə qara, yəni münbit torpaq, kübrə və digər ləvazimatlar da vacib lazımdır. Amma nədənsə, sədr əvəzi bütün bunları unudur.
Hörmətli Ekologiya və Təbii Sərvətlər naziri işlədiyi bu illər ərzində həm fəaliyyəti, həm gördüyü işlər, həm də dövlətimizə və dövlətçiliyimizə nə qədər sadiq bir insan olduğunu ortaya qoyub.
İnanırıq ki, bu qədər özbaşınalıq edən, arxayınçılıqla «iş» görən, qanunsuz əməllərini ört-basdır etmək üçün ona-buna xox gəlməyə çalışan Ramiq Əşrəfov haqqında lazımi ölçü götürüləcək. Çünki bizim belə neqativ hallarla mübarizə aparmağı bacaran, haqqı-nahaqa verməyən, öz intellektual səviyyəsi ilə çoxlarına nümunə olan Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov kimi alicənab bir nazirimiz, bir vətənpərvər vətəndaşımız var.
Gündəlik Bakı