Lütvəli Babayev özünə müavin axtarır - hər kəsə vəd verir

29-04-2015, 17:17           
Lütvəli Babayev özünə müavin axtarır - hər kəsə vəd verir
Bir müddət əvvəl oğlunun avtoşluğuna görə vəzifəsindən azad edilən Zərdab Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Səfərovun yerinə təyinat hələ də həyata keçirilməyib. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Allahverdi Səfərov hazırda Zərdab rayonundadır və vəzifəsinə qayıtmaq üçün yollar axtarır. Hətta onun «Azəryolservis»in regional şöbəsinə rəhbər keçəcəyi də istinsa edilmir. Məlumatlara görə, icra başçısı Lütvəli Babayev sabiq müavininə qarşı hücuma keçib və rayondakı bir sıra obyektlərini ələ keçirmək istəyir. Məlumatlara görə, icra başçısı ondan öncə rayona rəhbərlik etmiş Mansur Məmmədovun təyin etdiyi əksər gənc kadrları işdən azad etməyi düşünür. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə bildirir ki, Zərdab Rayon İcra Hakimiyyətində rəsmi olaraq iki vəzifə ştatı boşdur. İcra Hakimiyyətində ictimai-siyasi şöbənin rəhbərliyi ilə Allahverdi Səfərovun tutduğu postlar. İctimai-siyasi şöbəyə təyinatla bağlı hələlik bir gəlişmə yoxdur. Məlumatlara görə, bu posta təyinat həyata keçirmək üçün bir sıra işlər həyata keçirilə bilər.

Allahverdi Səfərovun isə yenidən rayonda yüksək vəzifəyə qayıtmaması üçün icra başçısı Lütvəli Babayev əlindən gələni edir. Məlumatlara əsasən icra başçısı sabiq müavinin yerinə təyinat həyata keçirmək üçün onlarla adama ismarıc yollayıb. Hətta onlarla centlmen raılaşmasının olduğu da söylənilir, Bununla belə hazırda Zərdabın İcra Hakimiyyətində faktiki olaraq ictimai-siyasi şöbə rəhbərsiz qaldığından və uzun müddət mətbuat və ictimayyətlə əlaqələr quran Allahverdi Səfərov işində olmadığından heç bir bilgi əldə etmək mümkün deyil.
Allahverdi Səfərovun isə uzun illər mətbuata açıq olan telefonu qapalıdır. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.