Bakıda pulsuz taksilər
29-04-2015, 18:16
Bakıda yeni taksi xidməti faəliyyətə başlayacaq. Bu barədə Nəqliyyat Nazirliyinin “Bakı Taksi Xidməti” MMC-nin direktoru Elçin Nəsirov ANS PRESS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni taksi xidmətinin təşkil olunması üçün qurum tərəfindən 500 “London taksisi ayrılıb. Həmin taksilər Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində qüsursuz xidmət göstərəcək.
Bunun üçün ayrılan taksilər Avropa Oyunları Təşkilat Komitəsinin ixtiyarında olacaq. Xidmətləri göstərmək üçün təcrübəli və peşəkar sürücülər də ayrılıb. Həmin sürücülər dil kursları keçiblər. Əlavə olaraq onlara müştərilərlə rəftar və digər treninqlər keçirilib. Bundan əlavə olaraq, müştərinin lazımı ünvana tez və təhlükəsiz çatdırılması üçün lazımı təcrübi praktika keçirilib.
“Ən əsası isə həmin taksilər pulsuz xidmət göstərməcək. Həmin taksilər oyun iştirakçılarına, qonaqlara və təşkilat komitəsinin təyin etdiyi şəxslərə pulsuz xidmət göstərəcək. Bundan başqa, Avropa Oyunlarına buraxılış vərəqəsi olanlar da həmin taksilərin xidmətindən istifadə edə biləcəklər”, - deyə Elçin Nəsirov bildirib.