Hakimiyyət böyük kadr və struktur islahatına hazırlaşır - Kimləri və hansı qurumları dəyişiklik gözləyir

30-04-2015, 13:08           
Hakimiyyət böyük kadr və struktur islahatına hazırlaşır - Kimləri və hansı qurumları dəyişiklik gözləyir
«1-ci Bakı Avropa Oyunlarından sonra yüzlərlə məmurla bağlı mühüm qərar veriləcək». Bunu DİA.AZ-a söyləyən Nazirlər Kabinetindəki mötəbər mənbənin iddialarına görə, rəsmi Bakı məlum neft böhranı ilə əlaqədar bir sıra dövlət qurumlarının ləğvi və təmərküzləşməsi prosesini davam etdirmək niyyətindədir.

Mənbənin dia.az-a söylədikləri:

«Konkret olaraq bir neçə dövlət qurumunda dəyişiklik gözlənilir. Məlumdur ki, Azərbaycanda Nazirlər Kabinetinin ayrı-ayrı strukturlarına alternativlik edən təşkilatlar fəaliyyət göstərir. Əsas islahatlar qeyd olunan istiqamətdə aparılacaq.

Eyni zamanda «Azenerji»nin qəti ləğvi ilə bağlı da qərar veriləcək. Bununla yanaşı, hətta nazirliklərdən birinin - Energetika nazirliyinin ləğv edilərək Dövlət Neft Şirkətinə birləşdirilməsi gözlənilir».

Məlumatı verən bilgili qaynağın sözlərinə görə, paralel olaraq yerli icra hakimiyyətlərində, habelə əyalətdəki qurumlarda da anoloji dəyişikliklərin həyata keçirilməsi gözlənilir ki, bunun da nəticəsində yüzlərlə məmurun vəzifəsi ilə vidalaşacağı qaçılmazdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.