Şəmkirdə stolüstü oyun oynayanlara 400 manatlıq cəza - Absurd

1-05-2015, 15:52           
Şəmkirdə stolüstü oyun oynayanlara 400 manatlıq cəza - Absurd
Şəmkir rayonunun Dəllər qəsəbəsində yeməkxana və çayçılarda, istirahət yerlərində nərd və domino kimi stolüstü oyunlar qadağan edilib. Məlum qadağa qəsəbə sakinlərinin böyük narazılığına səbəb olub.
Bu barədə “Yeni Müsavat”a qəsəbə sakini Eldar İsmayılov məlumat verib. Onun sözlərinə görə, domino və nərd oynayanlar rayon icra hakimiyyətinin qərarı ilə yerindəcə saxlanılaraq 400 manat cərimə edilir:
“Yeni çıxan bu qərar biz qəsəbə sakinlərini çox təəccübləndirdi. Rayon icra hakimiyyətinin müavini Əliyev Qüdrət bu məsələ ilə xüsusi olaraq məşğul olur. Onun göstərişi əsasında sahə müvəkkili qəsəbəni gəzərək istirahət yerlərini ciddi nəzarətdə saxlayır”.
Eldar İsmayılovun sözlərinə görə, adı çəkilən stolüstü oyunların qadağan olunmasının səbəbi haqda vətəndaşlara məlumat verilmir:
“Bilirsiz ki, bu cür stolüstü oyunlar əksəriyyət azərbaycanlıların sevimli məşğuliyyətidir. Daha çox yaşılı insanlar yeməkxana və çayçılarda və yaxud digər istirahət yerlərində domina və nərd oynayaraq istirahət edirlər. Birdən-birə bu qadağanın ortaya çıxması insanlara, xüsusən də təqaüdçülərə mənəvi baxımdan çox pis təsir edib. Rayonda öşbaşınalıq baş alıb gedir. İcra hakimiyyəti sakinlərin mənafeyini nəzərə almadan qərarlar çıxardıb onları incitməkdən sanki həzz alır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.