"Devalvasiya Dövlət Neft Fondunun 3 milyard manata qənaət etməsinə imkan verib"

1-05-2015, 16:15           
"Devalvasiya Dövlət Neft Fondunun 3 milyard manata qənaət etməsinə imkan verib"
"Fevral ayında Azərbaycan Mərkəzi Bankının manatın devalvasiyası ilə bağlı verdiyi qərar tamamilə doğru addım idi".

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, devalvasiya qısa və uzun müddətli hədəflərin nail olmasına imkan yaradıb: “Devalvasiya nəticəsində fondun büdcəsinin icrasında pozitiv dəyişikliklər baş verdi. Biz büdcəyə 10 milyard manat transfert etmək üçün əgər 13 milyard dollar konvertasiya etməli idiksə, devalvasiyadan sonra biz cəmi 10 milyard dollar konvertasiya edəcəyik. Yəni, fond 3 milyard dollar vəsaitə qənaət edə bildi”.

Ş. Mövsümov əlavə edib ki, ARDNF-in büdcədə nəzərdə tutduğu tədbirləri tam icra etməyə imkanı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru