“Al market”in endirim yalanını vətəndaş üzə çıxardı – Foto

4-03-2024, 16:19           
“Al market”in endirim yalanını vətəndaş üzə çıxardı – Foto
“Al market” tanınmış kolbasa firmasının adı ilə endirim reklamlarının yalan olduğu məlum olub.

Tribunainfo.az xəbər verir ki, sözügedən marketin yalanını vətəndaş Elmir babayev üzə çıxarıb. O bildirib ki, market sponsorlu paylaşım edərək “Ovçular”firmasına məxsus krakov kolbasasının endirimdə olduğunu reklam edib. Lakin marketdə məlum olub ki, endirim başqa kolbasalara aidir:

“Reklam edirlər ki, “Ovçular” krakov kolbasası endirimdədir. Gedib baxdım, kassada endirim çıxmadı. Əvəzində başqa bir firmanın krakov kalbasasını təklif etdilər. Təklif etdikləri kolbasa da adı-sanı bilinməyən, dadı-tamı olmayan bir məhsuldu. İki gün əvvəl həm Vatsapda müştəri xidmətlərinə, həm də Facebookda şikayətimi bildirmişəm. Amma maraqlanmırlar. Köməklik etməkləri bir yana qalsın, rəyimi silirlər ki, başqaları görməsin və aldatmağa rahat davam etsinlər”.

Qarşə tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru