Peşə xəstəliyi necə qeydə alınmalıdır?

4-11-2024, 09:54           
Peşə xəstəliyi necə qeydə alınmalıdır?
Peşə xəstəliyi nədir, iş yerlərində peşə əmək xəstəliyinə tutulmiş işçilərin - Peşə xəstəliyi necə qeydə alınmalıdır?
1. Peşə xəstəliyi - hər bir işçinin iş yerlərində bədbəxt hadisə nəticəsində əmək xəsarəti aldığı kimi, iş yerində zərərli və ağır iş şəraiti ilə əlaqədar peşə xəstəliyinə tutulması da əmək xəsarətidir. Daha doğrusu əmək xəsarətinin - bədbəxt hadisə ilə bərabər iki növündən biridir. Bədbəxt hadisə - qısa müddətdə və bir qayda olaraq bir hadisə ilə əlaqədar, peşə xəstəlikləri isə-uzun müddət əmək fəaliyyəti ilə yaranır.
2. Qanunvericilikdə və praktikada bu peşə xəstəliyinin bir çox formal, işçini əziyyətlərə salan, lazımsız qaydalar və proseslər olduqça
çoxdur.
3. Peşə xəstəliyini təyin etmək üçün bir çox şərtlərdən və qurumlardan keçmək lazımdır: Müəssisənin attestasiya komissiyasının qərarına əsasən sahə və iş yerlərinin zərərli olması, Tibbi müəssisənin qərarı, praktik olaraq Peşə xəstəlikləri İnstitutu kimi tanıdığımız V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qərarı, Sanitariya-gigiyena idarəsinin qərarı, Tibbi-sosial ekspert komissiyasının qərarları olmalıdır. Bu qərarlar işçini razı salmadıqda isə İddia ərizəsi ilə məhkəməyə müraciət.
4. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V. Y. Axundov adına Elmi - Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir.
5.Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyi qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir.
6. TSEK: istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin aşağıdakılara ehtiyacıolub-olmadığını bunları pulsuz almaq hüququnun olmadığını müəyyən edir:
Sağlamlığa xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əlavə xərclərə, müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə başqa şəxsin qulluğuna,sanatoriya-kurort müalicəsi
xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə.
7. Peşə xəstəliyi qeydə alınmış işçinin özü və ya bunu almaq hüququ olan vərəsələrinə qanunvericiliklə nəzərdə tutulmuş sığorta və digər ödənişlər edilir.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.