Bu halda bu-əmək münasibətləri və əmək mübahisələri necə tənzimlənməlidir?

4-11-2024, 10:34           
Bu halda bu-əmək münasibətləri və əmək mübahisələri necə tənzimlənməlidir?
Bu əmək münasibəti barədə də Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütəmadi olaraq suallar daxil olur.
Bir çox hallarda səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçilərin müvafiq işlə təmin olunmasında da əmək mübahisəsi yaranır. Bu halda bu-əmək münasibətləri və əmək mübahisələri necə tənzimlənməlidir?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri - işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
Əgər bu barədə işçinin razılığı və tibbi-sosial ekspert komissiyasının tibbi qərarı vardırsa, işəgötürən də həmin işçini yüngül işlə təmin etməyə borcludur, yüngül iş yerlərinin olub - olmamasından asılı olmayaraq. Belə ki, AR-n Əmək Məcəlləsinin bu tələbləri imperativ (məcburi) normadır işəgötürən tərəfindən məcburi olaraq yerinə yetirilməlidir.
Praktikada bir qayda olaraq: Tibbi Sosial Ekspert Komissiyaları, təbii və qanunu olaraq ümumi qaydada rəy yazırlar ki, şəxs yüngül işdə işləyə bilər. Dəqiq olaraq əvvəlcədən hansı yüngül iş olduğunu bilmədiklərindən, dəqiq də yaza bilmirlər ki, şəxs hansı yüngül işdə işləyə bilərlər. Hətta bu gün işləyən bir şəxsin vəzifə və ya peşəsi məlumdursa, sabah və ya bir müddətdən sonra hansı işdə işləyəcəyi əvvəlcədən məlum deyil.
Hansı işin və ya xidmətin, peşə və ya vəzifə üzrə işlərin yüngül olmasımı isə yalnız Tibbi Sosial Ekspert Komissiyası tərəfindən və bu qurumun rəyi əsasında müəyyən edilə bilər.
Elə vəzifə və peşələr vardır ki, onların yüngül iş olmasını sübut etməyə ehtiyac yoxdur. Əgər bu barədə hər hansı bir şübhə varsa və ya mübahisə varsa, idarə və müəssisələr bu barədə - Tibbi Sosial Ekspert Komissiyasına yazılı müraciət etməli, özünü sığortamalı, həmin işçinin: vəzifə təlimatını, çalışdığı sahəni, əmək şəraitini və əmək funksiyalarını qeyd etməlidir. Mübahisə edilən vəzifə və ya peşənin yüngül iş olması Qərarını vermək isə yalnız bu qurumun səlahiyyətlərinə aiddir. Əgər Tibbi Sosial Ekspert Komissiyasının bu barədə qərarı yoxdusa, idarə və müəssisənin işçinin işlədiyi və ya təklif olunan vəzifə və ya peşənin ağır və ya yüngül olması barədə qərar qəbul etmək səlahiyyəti yoxdur.
Azər Quliyev,
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.