"TotalEnergies"in xalis mənfəəti kəskin azaldı

4-11-2024, 10:44           
"TotalEnergies"in xalis mənfəəti kəskin azaldı
"TotalEnergies"in hesabat dövründəki gəliri illik müqayisədə 8,9% azalaraq 162,042 milyard dollar təşkil edib.
İlin ilk üç rübündə Fransanın "TotalEnergies" enerji şirkəti 11,802 milyard dollarlıq xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,7% azdır. Bu barədə şirkətin hesabatında deyilir.
Səhm üzrə azaldılmış mənfəət bir il əvvəlki 6,57 dollardan 4,99 dollara qədər azalıb. "TotalEnergies"in hesabat dövründəki gəliri illik müqayisədə 8,9% azalaraq 162,042 milyard dollar təşkil edib.
"Üçüncü rübdə qrupa aid olan xalis mənfəət illik müqayisədə 2,9 dəfə azalaraq 2,294 milyard dollar olub. Səhm başına azaldılmış mənfəət bir il əvvəl 2,73 dollardan 0,96 dollara çatıb. "TotalEnergies"in rüblük gəliri illik müqayisədə 11,9% azalaraq 52,021 milyard dollar olub", - hesabatda deyilir.

Qeyd olunur ki, yanvar-sentyabr aylarında şirkətin ümumi karbohidrogen hasilatı sutkada orta hesabla 2,437 milyon barel neft ekvivalenti təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% azdır. Üçüncü rübün sonunda bu rəqəm illik ifadədə 3% azalaraq sutkada 2,409 milyon barel neft ekvivalentinə düşüb.
Dördüncü rübdə isə şirkət sutkada 2,4-2,45 milyon barel neft ekvivalentində hasilat gözləyir.
"TotalEnergies" dünyanın ən böyük enerji şirkətlərindən biridir. 130-dan çox ölkədə fəaliyyət göstərən şirkət Avropa, Yaxın Şərq və Şimali Afrika, Asiya-Sakit okean regionu və ABŞ-da neft və qaz hasil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.