Emil Hüseynli AZƏRTAC-ın 3 ölkə üzrə xüsusi mübiri təyin edildi

5-06-2017, 10:48           

Azərbaycanın tanınmış jurnalisti Emil Hüseynli AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri təyin edilib.

"Ölkə.Az" xəbər verir ki, 10 il Trend İnformasiya Agentliyinin Azərbaycan redaksiyasının rəhbəri və baş direktorunun müavini vəzifələrində çalışmış E.Hüseynli bu günlərdə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Hüseynli Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakultəsinin beynəlxalq jurnalistika bölməsini bitirib.
Olaylar, APA və Trend informasiya agentliklərində müxbir , baş direktorun müavini vəzifələrinə kimi işləyib. E.Hüseynli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair “Sözün bitdiyi zaman”, “Vandalizm”, dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunan “25 ilin akkordları” sənədli filmlərinin müəllifidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.