Bakıda gənc oğlan ailə münaqişəsi zəminində intihara cəhd edib
20-06-2017, 09:34
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində intihara cəhd hadisəsi qeydə alınıb. "Report"un xəbərinə görə, 1988-ci il təvəllüdlü İbrahimov Heydər Məhərrəm oğlu ailə-məişət zəminində mübahisə edərək bıçaqla qolunu bir neçə yerdən kəsib. Ailə üzvlərinin köməkliyi ilə o xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma başlanılıb.