Azərbaycan Kredit Bankının əmlakının satışına başlanılıb

2-10-2017, 10:47           
Azərbaycan Kredit Bankının əmlakının satışına başlanılıb
Ləğv prosesindəki “Azərbaycan Kredit Bankı” ASC-nin mülkiyyətində olan əmlakların razılaşdırılmış qiymətə satışına başlanılıb.
Bu barədə "Report" Bankın ləğvedicisi olan “Azerbaijan İnternational Consulting Company" MMC-yə istinadən xəbər verir.
Məlumata görə, həmin əmlaklar aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki 58 nömrəli binada yerləşən 206 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nərimanov küçəsi ev 26, mənzil 10, (ümumi sahəsi 75,2 kv.m. 3 otaqlı mənzil);
3. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 33, mənzil 22, (30,0 kv.m. ümumi sahədən ibarət 2 otaqlı mənzil);
4. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsindəki 51 nömrəli binanın yarımzirzəmisində yerləşən 525,63 kv.m. qeyri-yaşayış sahəsi;
5. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 12, mənzil 4, ( 59,3 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzil);
6. Quba şəhəri, Hikmət Hüseynov küçəsi 44 nömrəli ünvandakı 0,03202 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi;
7. Xüsusi təyinatlı, zirehli, buraxılış ili 2006-cı il olan “VOLKSWAGEN DISA 29612” markalı puldaşıyan avtomaşı;
Digər avadanlıqlar: ofis mebeli, kompüter, printer və telefon aparatları.
Əmlakları almaq üçün Azərbaycan Kredit Bankının Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 167A (111) ünvanındakı ofisinə müraciət etmək lazımdır.
Telefon: (012) 598-24-24, daxili: 1027, 1095, 1096.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru