Ən böyük qaz ehtiyatlarına malik ölkələrin REYTİNQİ AÇIQLANDI
2-10-2017, 11:59
Rusiya təbii qazın sübut edilmiş ən böyük ehtiyatlarına malik olan ölkələrin reytinqində birinci yeri tutdu. Publika.az bildirir ki, Rusiyanın qaz potensialı 48.7 trilyon kub/m. qiymətləndirilir. İran ikinci yerdə qərarlaşıb ki, bu ölkənin təbii qaz ehtiyatları 33.6 trilyon kub/m.-dir. Uçüncü mövqedə isə 24.7 trilyon kub/m. ehtiyatla Qətər gəlir. Bu barədə “Praym” məlumat yayıb. Türkmənistan dördüncü yerdə qərarlaşib – 17.5 trilyon kub/m. ABŞ isə 9.86 trilyon kub/m. qaz ehtiyatı ilə yalnız beşinci yeri tuta bilib. Həmçinin liderlər siyahısına Səudiyyə Ərəbistanı, İraq və Venesuela da daxildir. Qaz ehtiyatlarına malik olan ölkələrin ilk onluğunu Nigeriya və Əlcəzair tamamlayır.