Daha bir məmur işdən çıxarıldı (FOTO)

3-10-2017, 08:32           

Sumqayıtda məmur tutduğu vəzifə ilə vidalaşmalı olub.
teref.az xeberle.com-a istinadən məlumat verir ki, Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Rahim Mustafayev işdən azad olunub. Məmurun işdən çıxarılmasının səbəbləri məlum deyil. Hələlik onun yerinə təyinat olmayıb.
Məlumatı dəqiləşdirmək üçün Rahim Mustafayevlə əlaqə saxlanılıb. R. Mustafayev tutduğu vəzifəni tərk etdiyini təsdiq edib və öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.
Qeyd edək R.Mustafayev əvvəllər Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru vəzifəsində çalışıb.
2015-ci ilin sonlarından isə Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi vəzifəsində işləyib.
Daha bir məmur işdən çıxarıldı (FOTO)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru