Laçından olan 25 yaşlı məcburi köçkün Bərdədə özünü yandırdı

18-10-2017, 19:46           
Laçından olan 25 yaşlı məcburi köçkün Bərdədə özünü yandırdı
Bərdə rayonunda 25 yaşlı oğlan özünü yandıraraq intihar edib.

“Report”un məlumatına görə, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib.

Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üstünə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.