Hacı Nuran Şuşada qəzaya düşüb - VİDEO

13-06-2023, 12:25           
Hacı Nuran Şuşada qəzaya düşüb - VİDEO
Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov avtomobil qəzası keçirib.

Teref.Az bizim media-ya istinadən xəbər verir ki, bununla bağlı televiziya ulduzu qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Hacı Nuran bildirib ki, Şuşada keçirilən "Əziz Şuşa" velosiped turuna gedərkən avtomobil qəzasına düşüb:

"Yollar çox gözəldir. Sadəcə yolun düz ortasında yararsız vəziyyətdə beton maşını dayanmışdı. Üstümüzə bir başqa avtomobil gəldi. Çox ağır qəza keçirdik. Avtomobilimiz yararsız vəziyyətə düşdü. Mən bu qəzadan çox qorxmuşam və stress keçirmişəm. Mənimlə avtomobildə olan digər uşaqlar isə xəsarətlər alıblar. Bizə həmin an polislər kömək və yardım etdilər. Onların köməyi ilə Şuşaya gəldik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru